İrəvanda keçirilən aksiyalar zamanı 32 Ermənistan vətəndaşı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri polisə istinadən xəbər verir. 

Xatırladaq ki, bu gün səhər saatlarından İrəvanda nəqliyyatın hərəkəti iflic olub. İtaətsizlik aksiyaları və avtomobil yarışları keçirilir.

xxx

10:59

Xəbər verdiyimiz kimi, Ermənistanda səhər saatlarından etibarən Nikol Paşinyanın istefası tələbi ilə avtomobil yürüş keçirilir.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki,  polis İrəvanda avtoyürüş keçirən müxalifət  nümayəndələrini saxlayıb.

Hüquq-mühafizə xidməti orqanları əməkdaşları sürücüləri avtomobillərdən çıxararaq bölmələrə zorla aparıblar.  

Gülayə  Mecid