Beyləqan şəhərində "QAZ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.