Oğuz rayonunda intihar hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Oğuz şəhəri Gənclik massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yaşayan 1950-ci il təvəllüdlü Lətafət İsa qızı İbrahimova özünü yaşadığı ünvanda asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.