“Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

"Unikal" xəbər verir ki, bunu “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Eurovision” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Eurovision” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə təmsilçimiz vurğulayıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:00-da 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.