Qaradağda yol kənarından 20 kq-a yaxın narkotik tapılıb.

"Unikal" xəbər verir ki, Penitensiar xidmətin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Belə ki, Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksində yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisədə ümumi çəkisi 19 kiloqram 100 qram olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.