Rusiyada keçmiş polis kapitanı David Museliani beynəlxalq axtarışa verilib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Arktika limanlarında dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Bundan əlavə Rusiyada Museliani ilə birlikdə çalşıan hüquq-mühafizə orqanlarının daha dörd yüksək rütbəli əməkdaşı da mənimsəməkdə ittiham olunur. Onları 5 ilə qədər həbs gözləyir.

Bildirək ki, David Museliani  Putinin məşuqəsi olduğu iddia edilən Alina Kabayevanın keçmiş sevgilisi olub. 

Gülayə Mecid