Məşhur müğənni Adel “Rocky” və “Rambo” ləqəbli ulduz Silvestr Stalonni Beverli Hillsdəki lüks malikanəsini satın alıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müğənni bu barədə  sosial şəbəkə  hesabında evin açarları ilə foto paylaşaraq villanın yeni sahibəsini olduğunu təsdiqləyib.  

Bildirilir ki, Adel villa üçün Stalonniyə 58 milyon dollar ödəyib. 

Qeyd edək ki, Lüks malikanənin ümumi sahəsi 18 min 587 kvadratmetrdir. Amerikalı memar Riçard Landri tərəfindən layihələndirilən evdə 8 yataq və 12 vanna otağı var. 1994-cü ildə tikilmiş villa əvvəllər aktrisa Lisa Vanderpump və musiqiçi Rod Stüartın yaşadığı məhəllədə 3,5 hektar ərazidə yerləşir.