Cənubi Amerika ölkəsi olan Peruda 5,5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər veri ki, Peru Geofizika İnstitutu (PGI) Milli Seysmoloji Mərkəzi 49 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinin paytaxt Limadan 60 kilometr uzaqlıqdakı Çilca şəhərindən 30 kilometr qərbdə olduğunu açıqlayıb.

Səlahiyyətlilər 5,5 bal gücündə zəlzələdə can və ya mal itkisinin olmadığını bildirib.