"İdman federasiyalarına nazirlərin rəhbərlik etməsi təcrübəsi effektivdir".

"Unikal" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olarkən deyib.

"Bu təcrübə yalnız Azərbaycanda deyil. Bilirsiniz ki, mən Avropa Gimnastikasına rəhbərlik edirəm. Mən orada digər idman növlərində olan prezidentlərlə görüşürəm. Onların bir çoxları ya öz ölkələrinin parlamentlərində, ya da hansısa vəzifədə çalışırlar.

Düşünürəm ki, bu, ictimai işdir. Nazirlər üçün də maraqlıdır. Görürəm ki, onlar özlərini bu işə necə yönəldirlər. Onların yaxşı komandaları var. Hətta aralarında maraqlı bir yarışma da var. Bu çox yaxşıdır, müsbət haldır", - deyə nazir qeyd edib.