Hazırda Ukrayna hərbçilərinin nəzarətində olan “Azovstal” metallurgiya zavodunun bombalanmasının görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki, videonu Mariupol merinin müşaviri Petr Andryuşşenko öz “Telegram” kanalında yayımlayıb.

“Mariupol. Azovstal. Cəhənnəm belə səslənir. Yenilməzlik belə görünür. Bomba ardınca bomba. Mərmi ardınca mərmi. Hamımız Mariupolun müdafiəçilərinə borcluyuq”, - o, yazıb.