"Bavariya"nın futbolçusu Serj Qnabri karyerasını İspaniyada davam etdirəcək.

"Unikal" "Fichajes"ə istinadən xəbər verir ki, "Real" 26 yaşlı almaniyalı vingeri yayda heyətinə qatacaq. Oyunçunun Münhen təmsilçisi ilə sözləşməsi 2023-də başa çatır.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən "Bavariya"da çıxış edir.