Bakıda qəza tıxaca səbəb olub.

Daxili İşlər Nazirliyindən "Unikal"-a verilən xəbərə görə, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində baş verib.
Yol kəsişməsindən üzü Ziya Bünyadov prospekti istiqamətindəki körpüdə baş verən hadisə səbəbindən tıxac yaranıb.

Hal-hazırda DYP əməkdaşları hərəkəti tənzimləyirlər.