Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, "Hyundai" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. İlkin məlumata görə. qəzada xəsarət alan 3 nəfər xəstəxanalardan birinə yerləşdirilib və onların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov