Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 60 nəfərdir.

Ölkədə son sutka ərzində 1 890, hazırkı dövrədək isə 6 838 458 test aparılıb.