Dünya kinosunun ən önəmli ulduzlarından olan Merilin Monronun portreti 195 milyon dollara satılıb.

"Unikal" xəbər verir  ki, "Shot Sage Blue Merilin" portreti amerikalı rəssam, pop-art hərəkatının öncüsü Endi Uorhol tərəfindən 1963-cü ildə Merilin Monronun ölümündən iki il sonra çəkilib.

Rəssam rəsm çəkərkən Monronun 1953-cü ildə "Niaqara" filminin reklamı üçün çəkdiyi fotoşəkilə əsaslanıb.

Portret Nyu-Yorkdakı "Christie"də hərraca çıxarılıb. Əsər 170 milyon dollara alıcı tapıb. Bu, alıcıya vergi və ödənişlərlə birlikdə 195 milyon dollara başa gəlib. Beləliklə, portret 20-ci əsrin ən bahalı əsəri olub.

Gülayə  Mecid