"Kommunikasiyaların açılması ilə əlaqədar işçi qruplarının fəaliyyəti Baş nazirlərin müavinləri səviyyəsində davam edir".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Delimitasiya ilə bağlı Ermənistanın bu prosesi başlamağa start verdiyi andan yəqin ki, heyətlərin də formalaşması barədə məlumat veriləcək. Qeyd etmək istəyirəm ki, sülh prosesinə başlamaqda siyasi iradə, xoş məram və sülh prosesinə sadiqlik tələb olunur. Azərbaycan sülh gündəliyini ortaya qoyub və bu məsələdə israrlıdır, eləcə də bu istiqamətə yönəlmiş səyləri dəstəkləyir və hesab edir ki, münaqişə başa çatıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bundan sonra gedən bütün proseslər bu əsasda davam etməlidir. Azərbaycanla Ermənistan arasında sülh və qarşılıqlı anlaşma şəraitində dinc yaşam şəraiti bərqərar olmalıdır".

Anar Kəlbiyev