"Brüssel görüşündən sonra Ermənistan tərəfi həm sülh sazişinə aid olan prosesə start verməyə razılığını bildirib, eyni zamanda, delimitasiya prosesinə başlamağa hazır olduğunu bildirib. Bu istiqamətdə səylər davam etdirilir. Hikmət Hacıyevin Brüssel görüşündən sonra təbii ki, bu proseslərin start verməsi gözlənilir". 

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Ermənistanın bizim beş prinsipi qəbul etməsi məsələsinə gəincə, əgər sülh danışıqları ilə əlaqədar danışıqlar aparılırsa, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi gedirsə, bu, Azərbaycanın təklif etdiyi beş prinsip əsasında inkişaf etməlidir. Biz əvvəllər də demişdik, indi də o qənaətdəyik ki, hər hansı bir qeyd-şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil. Çünki bu, prosesi pozmaq anlamına gəlir. Ona görə də düşünürəm ki, bu əsasda prosesə başlamaq olar. Baxmayaraq ki, bu gün Ermənistanda müxalifət tərəfindən etirazlar var, hökümətin dəyişdirilməsinə cəhd edirlər ki, bu da onların öz daxili işidir. Lakin bununla bağlı hələlik Ermənistan hökuməti tərəfindən imtina mövqeyi sərgilənməyib" deyə nazir müavini qeyd edib.

Anar Kəlbiyev