Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.

Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub.