Laçında avtomobil aşıb, ölən var.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırmış və nəticədə hadisə yerində ölüb.

Laçın RPŞ-də araşdırma aparılır.