Sumqayıtda 41 yaşlı qadın qətlə yetirilib.

"Unikal" xəbər verir ki, hadisə Novxanı bağları adlanan ərazidə qeydə alınıb.

1981-ci il təvəllüdlü İsgəndərova İlahə Nurəddin qızı 13 bıçaq zərbəsi ilə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, tərəflər boşanma ilə bağlı məhkəmədə iddia qaldırmışdı. / APA