Ağstafada dəmir yolunun kənarında meyit tapılıb.

"Unikal"-ın məlumatına görəhadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Yol kənarından 28 yaşlı Qocayev Vüsal Kamal oğlunun meyiti aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, 28 yaşlı kişini qatar vurub.

Araşdırma aparılır.

Tural Əhmədov