Türkiyənin "beIN connect" dijital platformasında yayımlanan “Hayaller ve hayatlar” serialı ilə bağlı final qərarı alınıb.

"Unikal" xəbər verir ki, daha əvvəl 2 mövsüm çəkilməsi planlaşdırılan ekran işi gələn həftə 26-cı bölümdə izləyicilərə vida edəcək. Buna səbəb layihənin gözlənilən reytinqi toplaya bilməməsi olub.

Qeyd edək ki, serialın baş rollarını Özge Gürel, Aybüke Pusat, Melisa Aslı Pamuk, Yeşim Ceren Bozoğlu, Yusuf Çim, Ekin Mert Daymaz və Serkay Tütüncü canlandırır.