"Milan" "Real" futbolçusu Marko Asensionu heyətinə qatmaq istəyir.

"Unikal" "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonerilər" 26 yaşlı vingerə təklif göndərib. İspaniyalı oyunçu İtaliya təmsilçisindən illik 7 milyon avro tələb edir. Lakin A Seriya klubu bonuslarla birlikdə 5 milyon verməyə razıdır. Onun "kral klubu" ilə sözləşməsi 2023-də başa çatır.

Madrid klubu da Asensionu heyətində saxlamağa çalışır.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2015-ci ildən "Real"da çıxış edir.