Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Qarşılaşma 37-ci gedişdə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.