Əhməd Cavadın nəvəsi Anar Axundzadə ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına qonaq olub. 

"Unikal" xəbər verir ki, verilişdə diqqət çəkən məqamlardan biri də aparıcı Zümrüd Bədəlovanın A. Axundzadəyə verdiyi sual olub. Belə ki, aparıcı Əhməd Cavadın nəvəsi “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib.

Bədəlovanın verdiyi sual ilə sosial şəbəkədə gündəm mövzusuna çevrilib. İstifadəçilər aparıcını savadsızlıqda qınayıblar. Bundan  sonra Zümrüd Bədəlova onu qıyanalara "Instagram" hesabından cavab verib. 

"O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq. Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, - deyə aparıcı bildirib.