Ağ Evin sözçüsü Cen Psaki Ficidə rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq yaxtanın müsadirə edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Psaki Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Rus milyarder Kərimovun 300 milyon dollarlıq super lüks yaxtasının Ficidə ələ keçirildiyini bildirən Psaki, bu əməliyyatın ABŞ-ın tələbi ilə Fici rəhbərliyi tərəfindən həyata keçirildiyini bildirib.

Qeyd edək ki,  lüks  yaxta aprelin 15-də Sakit Okeanın cənub hissəsində yerləşən Fici ada dövləti tərəfindən saxlanılmışdı.  

Gülayə Mecid