Avstriya Rusiya tərəfindən verilən qazın pulunu rublla ödəməkdən imtina edib.

"Unikal"ın TASS -a istinadən verdiyi xəbərə görə, bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

"Biz Rusiya tərəfi ilə mövcud razılaşmalara sadiqik və rublla ödəniş etməyəcəyik, bizim belə bir niyyətimiz yoxdur", - diplomat qeyd edib. 

Şallenberqin fikrincə, neft embarqosu üzv ölkələrə müxtəlif şəkildə təsir edəcək, çünki onların hamısı Rusiya neftindən eyni dərəcədə asılı deyil. Eyni zamanda, o deyib ki, Rusiya prezidenti Vladimir Putin öz qərarları ilə "əks nəticələrə" nail olub, NATO -ya üzv ölkələri "daha ​​da birləşdirib". 

Ağarza Elçinoğlu