UEFA Avropa Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, cavab oyunlarının ikisi də eyni gündə keçirilib. "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. A seriyası klubu 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.

"Feyenoord" pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel"lə Fransada üz-üzə gəlib. Matç 0:0 hesabı ilə yekunlaşıb. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb.

Beləliklə, turnirin finalında "Feyenoord" "Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.