Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar paketi hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı Fumio Kişida deyib. O, yeni sanksiyalar paketinin dörd əsas sahədən ibarət olduğunu vurğulayıb: “İlk növbədə daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulacaq. Həmçinin, yeni sanksiyalar hərbi-sənaye kompleksi ilə əlaqəli Rusiya şirkətlərinə müxtəlif məhsulların tədarükünə qoyulan qadağanın genişləndirilməsini, məhdudiyyətlərə məruz qalan Rusiya banklarının siyahısının genişləndirilməsini, habelə Rusiya Federasiyasına qabaqcıl texnologiyaların idxalına embarqonun genişləndirilməsini, xüsusilə, kvant kompüterlərinin tədarükünə qadağa qoyulmasıni ehtiva edir".