Şəmkirdə yol -nəqliyyat hadisə baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Hərəkətdə olan  "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxadaq yol kənarındakı betona çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov