Rusiya Danimarkanın yeddi diplomatını arzuolunmaz şəxs elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, bu qərar Danimarkanın Rusiyaya qarşı analoji addımına cavab olaraq verilib. Bu barədə Danimarka səfirinin məlumatlandırıldığı deyilir.

Qərara əsasən, danimarkalı diplomatlar iki həftə ərzində Rusiyanı tərk etməlidir.