Göyçay rayonunun Ləkçılpaq kəndində ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli evin (1-ci mərtəbəsi tövlə kimi istifadə olunur) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.