Məşhur futbolçu Dyeqo Maradonanın 1986-cı ildə dünya çempionatında geydiyi futbolka Sotheby's hərrac evində satışa çıxarılıb.

"Unikal" “France-24” telekanalına istinadən xəbər verir ki, geyim 9,3 milyon dollara satılıb. Bu, idman geyimlərinin hərracı tarixində rekorddur.
2019-cu ildə 1920-ci illərə aid beysbol geyimi 5,5 milyon dollara satılmışdı.

Qeyd edək ki, 1986-cı ildəki çempionandakı mübahisəli qolu vurarkən oyunçu topun “Allahın əli” ilə vurulduğunu demişdi.