Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun "Kraz yolu" adlanan hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki yük maşını toqquşub. Qəza zamanı 1984-ci il təvəllüdlü Asif Əliyev və  Möhbət Kazımov  ölüb.
1990-ci il təvəllüdlü  Tural Cəfərov  isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov