Rusiyalı jurnalist  Aleksandr Nevzorov axtarışa verilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, televiziya aparıcısı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Belə ki, martda Nevzorova qarşı Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatların yayılması maddəsi ilə cinayət işi açılıb.

Məlumatına görə, o, martın 9-da instaqram və martın 19-da isə yutub hesabında Mariupolda doğum evinin Rusiya hərbçiləri tərəfindən qəsdən atəşə tutulması barədə yalan məlumat yayıb. 

İstintaq Komitəsi hazırda Nevzorovun harada olduğunu müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.