Abşeronda kişi arvadını bıçaqlayaraq intihar edib.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1971-ci il təvəllüdlü Eldar Məmmədov həyat yoldaşı, 1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayıb. Daha sonra Eldar Məmmədov özünü asaraq intihar edib.

Qadın xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.