Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə TBMM sədri “Twitter“ hesabında məlumat yayıb.

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefon danışığı zamanı Azərbaycan xalqının Ramazan bayramını təbrik etdik. Regionda baş verənləri müzakirə etdik, may ayında Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclasının əhəmiyyətindən bəhs etdik”, - Mustafa Şentop qeyd edib.