Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəki şəhərinin İnçə kəndində “BMW” markalı minik avtomobilinin körpüdən aşaraq çaya düşməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən "Unikal"a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.