"Mançester Yunayted"də aprelin ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" klubun "Facebook" hesabına istinadən xəbər verir ki, Kristiano Ronaldo ötən ayın ən yaxşısı seçilib. Portuqaliyalı hücumçu azarkeşlərin 74 faizinin səsini toplayıb. Səsvermədə ikinci yeri David De Xea (21 faiz), üçüncü yeri Nemanya Matiç (5 faiz) tutub. 

Ronaldo bu mövsüm ardıcıl 2-ci dəfə, ümumilikdə isə 4-cü dəfə "Mançester Yunayted"də ayın oyunçusu seçilib. 

Qeyd edək ki, 37 yaşlı futbolçu apreldə Premyer Liqada 4 oyunda 5 qol vurub.