"Netflix" platforması şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın prodüseri olacağı "İnci" adlı cizgi filmin çəkilişlərindən imtina edib.

"Unikal" xəbər verir ki, buna səbəb abunəçilərinin sayı kəskin azalan şirkətin xərclərində dəyişiklik etməsi olub. Daha əvvəl bildirilmişdi ki, "Netflix" hesabatının dərc olunması səhmlərinin dəyərinin dörddə bir (27,7 faiz) azalaraq 348,61 dollara düşməsinə gətirib çıxarıb.

Qeyd edək ki, ekran işində əsl gücünü axtaran və dünya tarixindəki nüfuzlu qadınlardan ilham alan 12 yaşlı qızın sərgüzəştlərindən bəhs ediləcəkdi.