“Camdaki Kız” serialının baş rol ifaçısı Devrim Yakut xəstəxanalıq olub.  

"Unikal" xəbər verir ki, iki həftə serialda rol almayan aktrisanın beynində laxta əmələ gəlib. O,  bu səbəbdən çəkilişlərə ara verməli olub.

Ssenariyə görə serialda xəstə əmisinin yanına gedən Yakutun bu müddətdə müalicə aldığı və sağlamlığına qovuşduğu öyrənilib.

Qeyd edək ki, "Camdakı Kız" serialında Feyyaz Şerifoğlu, Burcu Biricik, Selma Ergenç, Hande Ataizi, Enis Arıkan, Nur Sürer və Tamer Levent  kimi məşhurlar  rol alır. 

2 haftadır Camdaki Kız'da olmayan Devrim Yakut'un beyninin pıhtı attığı ortaya çıktı