Ukrayna xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken telefon danışığı aparıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Tərəflər Ukraynaya silah tədarükü və maliyyə dəstəyini müzakirə ediblər. Bununla yanaşı, xarici işlər nazirləri Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı da fikir mübadiləsi aparıblar. 

R. Yaquboğlu