Türkiyə Super Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib.

"Unikal" Türkiyə  KİV-ə istinadənxəbər verir ki, tur çərçivəsində "Trabzonspor" öz meydanında "Antalyaspor" ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Meydan sahibləri lazım olan bir xalı təmin edərək Türkiyə çempionluğunu qazana biliblər.

Turnir cədvəlində 77 xala sahib olan bordo-mavililər 38 ildən sonra çempion olublar.