Məşhur müğənni Yıldız Tilbe qəza törədib.

"Unikal" xəbər verir ki, müğənni idarə etdiyi avtomobillə motosiklet sürücüsünü vurub.

Hadisənin ardından müğənni yaralıya yardım etməyə çalışıb. Əraziyə polis və təcili tibbi yardım yardım cəlb olunub. Yaralı xəstəxanaya, Tilbe isə ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb.