Məşhur amerikalı aktrisa Ancelina Coli Ukraynanın Lvov şəhərinə səfər edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Coli BMT-nin qaçqınlarla iş üzrə həmkarları ilə birlikdə ukraynalılara yardım təşkil edib.

Bildirək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən internetdə bu mövzunu işıqlandırıb və öz tamaşaçılarını Ukrayna vətəndaşlarına kömək etməyə çağırıb.