Azərbaycan Milli Paralimpiya Komitəsininin İcraiyyə Komitəsinin iclası keçirilib.

"Unikal" xəbər verir ki, toplantıda qurumun prezidenti İlqar Rəhimov çıxış edərək MPK-nın strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resusrlarının qənaət edilməsi və təşkilatın nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyən edilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədə uyğun olduğunu hesab etdiyini bildirib.

Rəhimov daha Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd edib. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş edib.

İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilib.