Xalq artisti Afaq Bəşirqızı "Günün sədası" proqramına qonaq olub. 

"Unikal" xəbər verir ki, aktrisa verilişdə mərhum Xalq artisti Amaliya Pənahovanın xərçəngdən əziyyət çəkməsindən danışıb.

"Amaliya Pənahova həyatının son günlərində görünüşünü tamam itirmişdi. Yazdılar plastik əməliyyat etdirib. Amma Amaliya xanım həmin xəstəlikdən tamamilə ətini tökmüşdü".

Aparıcı Nanə Ağamalıyeva A.Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. Verilişdə qonaq olan Xalq artisti Ağadadaş Ağayev A.Bəşirqızının da xərçəngdən əziyyət çəkdiyini, ağır əməliyyatlar keçirdiyini söyləyib.

"Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib".

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayev 6 dəfə İstanbulda əməliyyat olunub.