Bir müddətdir aktrisa Sitare Akbaşla sevgili olan məşhur pop müğənnisi Murat Dalkılıç "Aynasız Haluk" filminin qala gecəsinə qatılıb.

"Unikal" xəbər verir ki, jurnalistlərlə söhbət edən Murat Dalkılıç "Bu yay evlənəcəyiniz xəbəri var. Toy hazırlıqları başlayıbmı?" sualına “Bizim niyə bu hazırlıqdan xəbərimiz yoxdur?” cavabını verib.

Bundan əlavə jurnalistlər "Sitarə xanımla eyni layihədə iştirak etmək istərdinizmi?" sualını veriblər. Məşhur estrada müğənnisi isə cavabında "Təkliflər gəlir, amma görək... Niyə də olmasın? Sitarə ilə oynamaq istərdik. Ara-sıra reklam təklifləri gəlir, fikrimiz var", - bildirib.