"200-300 manata mahnı aranjiman edib oxuyanlar efirdən təmizlənməlidir". 

"Unikal" xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Səhər mərkəzi" proqramında deyib.

Müğənni  son günlər trend olan mahnılardan bəhs edib. O bildirib ki, mahnıların bu qədər keyfiyyətsiz olmasına səbəb onların ucuz aranjiman edilməsidir:

"Nailə Mirməmmədli hər zaman deyirdi ki, kütlənin arxasınca qaçmayın. Kütlə sizin arxanızca gəlsin. 1995-1998-ci illərin mahnıları qayıtsın. Radiolarda necə gözəl mahnılar səslənirdi. Mahnı istehsalı asanlaşıb, çünki 200-300 manata aranjiman edirlər. Burada keyfiyyətdən söz gedə bilməz. Çünki belə yerdə canlı musiqi aləti yoxdur. Qəribə bir boğaz çıxıb, hara gedirsən ona qulaq asırlar".