Tarix Əliyev aparıcı Afaq Gəncəlini onun proqramından mövzu oğurlamaqda ittiham edib. 

"Unikal" xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabından paylaşım edib.  Belə ki, Tolik "Səhər mərkəzi" verilişində olan mövzuların onun proqramından götürüldüyünü bildirib.

"Heç kimin verilişindən mövzu götürüb qonaqlarıma sual vermirəm. Verilişim verilişindən, sponsorumuz sponsorlarından artıqdır. Qoşa-qoşa aparıcılardı, amma veriliş başdan ayağa "şparqalka"dan ibarətdir. Reytinqiniz kanallar arasında hamıya bəllidir. Canım Afaq, bilirsən ki, xətrin əzizdir. Amma "naftalin redaktor"una de ki, mən onun üçün o biriləri deyiləm. Mənim verilişimdən çıxan xəbərlərlə öz verilişinizi doldurursunuzsa, redaktorunuzun canı çıxsın istinad etsin. Mənim mövzumu özününküləşdirəndə bax belə olur".

Bildirək ki, Tolik MTV-də "Tarixin bir günü" adlı proqrama aparıcılıq edir. Bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın "TikTok"da 35 min dollar qazanması mövzusu Tolikin proqramında olsa da, Afaq və Tural verilişdə onu müzakirə ediblər.